Son dəqiqə

Türkiyə PKK İraq Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT)

Türkiyə MİT İraqın şimalında anti-terror əməliyyatı keçirib

Bakı, TurkicWorld:

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında Qara ərazisində anti-terror əməliyyatı keçirib.

TurkicWorld xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının kommunikasiya infrastrukturundan məsul olan və təşkilatın ən yaxşı proqram təminatı istehsalçısı kimi tanınan Rodi Kod Emre Şahin zərərsizləşdirilib.

Məlumata əsasən, o, PKK terror təşkilatına 2014-cü ildə qatılıb və Türkiyə Silahlı Qüvvələrinə qarşı bir çox əməliyyatlarda iştirak edib.

Məlumat üçün qeyd edək ki, PKK Amerika Birləşmiş Ştatları, Kanada, Avstraliya, Kanada kimi bir çox ölkələrin terror təşkilatları siyahısındadır. Avropa Birliyi 2004-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb. Bundan başqa, NATO-nun müxtəlif sənədlərində və bəyanatlarında PKK terror təşkilatı kimi qeyd olunur.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər