Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan zəlzələ Kahramanmaraş

Ərdoğan zəlzələ bölgəsinə gedəcək

Bakı TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin ikinci tur öncəsi, Adıyaman və Kahramanmaraşda zəlzələdən zərərçəkənlərlə görüşəcək.

TurkicWorld xəbər verir ki, Ərdoğan ilk olaraq Adıyamana gedəcək.

Prezident daha sonra 6 fevral zəlzələlərinin episentri olan Kahramanmaraşı ziyarət edəcək.

Qeyd edək ki, Ərdoğan mayın 21-də zəlzələdən zərərçəkmiş vilayətlər olan Hatay və Qaziantepə də səfər edəcək.

Məlumata görə, sabah Defne Dövlət Xəstəxanasının açılış mərasimi keçiriləcək. Martın 24-də Hatayda təməli qoyulan 300 çarpayılıq xəstəxanın tikinti işləri tamamlanıb. Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Defne Dövlət Xəstəxanası istifadəyə veriləcək.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Mehriban Xəlilli

Twitter: @MXalilbekova

Mövzuya görə xəbərlər