Son dəqiqə

Türkiyə BMT ABŞ ABŞ Dövlət Departamenti taxıl dəhlizi

Dövlət Departamenti taxıl sazişinin uzadılmasını alqışlayıb

Bakı. TurkicWorld:

Vaşinqton Qara dəniz taxıl təşəbbüsünün daha iki ay uzadılması faktını müsbət qiymətləndirir və onun gələcək fəaliyyəti üçün Ankara və BMT ilə əməkdaşlığı davam etdirəcək.

TurkicWorld xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.

"Biz sazişin uzadılmasını alqışlayırıq", - deyə V.patel bildirib.

O bildirib ki, ABŞ təşəbbüsün lazım olduğu qədər uzadılmasını təmin etmək üçün BMT və Türkiyə tərəfdaşları ilə işləməyə davam edəcək.

Mövzuya görə xəbərlər