Gələn ay Tacikistanda Türkmən-Tacik Biznes Forumu təşkil olunacaq

Gələn ay Tacikistanda Türkmən-Tacik Biznes Forumu  təşkil olunacaq

Bakı. TurkicWorld:

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 10-11 aprel 2023-cü il tarixlərində Tacikistana səfər edəcək.

TurkicWorld-un məlumatına görə, səfər zamanı Tacikistan Prezidenti Emoməli Rəhmonla yüksək səviyyəli görüşlər keçiriləcək.

Bu səfər ərəfəsində Türkmənistandan işgüzar nümayəndə heyəti Tacikistana gedəcək.

2023-cü ilin 8- 9 aprel tarixlərində keçiriləcək Türkmən -Tacik Biznes Forumunun ilk iclasında 70-i sahibkar olmaqla, 100 nəfərlik nümayəndə heyəti iştirak edəcək. Tacikistan tərəfini 200-dən çox iş adamı təmsil edəcək.

Qeyd edək ki, bu il Türkmənistan və Tacikistan arasında ticarət həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 1,9% artaraq təxminən 11,8 milyon ABŞ dolları təşkil edib.