Son dəqiqə

Türkiyə Türkmənistan Sayit Yusuf Qurbangül Atayeva

Türkiyədə 12 mindən çox türkmən tələbəsi təhsil alır - Sədr müavini

Bakı. TurkicWorld:

Türkiyədə 12 mindən çox fəal türkmən tələbəsi təhsil alır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar üzrə sədr müavini Sayit Yusuf Türkmənistana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Sayit Yusuf qeyd edib ki, Türkiyədə 12 mindən çox fəal türkmən tələbəsi təhsil alır və Türkmənistan əhalisi ilə müqayisədə bu, çox yüksək rəqəmdir. Türkmənistanda xaricə gedən tələbələrin üstünlük verdiyi ölkələrə görə Türkiyə ikinci yerdədir.

"Biz Türkmənistanın təhsil naziri Qurbangül Atayeva ilə görüşdük. Bu görüş son dərəcə faydalı oldu və iki ölkə arasında təhsil sahəsində yeni bir açılış üçün zəmin yaratdı", - deyə Sayit Yusuf bildirib.

Əlavə olaraq Yusuf, Türkmənistanın mədəniyyət naziri Atagəldi Şamuradovla da görüşdüklərini və iki ölkə arasında mədəni əməkdaşlığın inkişafı üçün işlər aparacaqlarını bildirib.

Mövzuya görə xəbərlər