Türkiyə ilk dəfə silahlı insansız dəniz aparatının sursat atəşini həyata keçirib

Türkiyə ilk dəfə silahlı insansız dəniz aparatının sursat atəşini həyata keçirib

Bakı. TurkicWorld:

Dünyanın ilk elektron döyüş qabiliyyətinə malik "Marlin silahlı insansız dəniz aparatı" (Marlin SİDA) sursat atəşini həyata keçirib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Müdafiə sənayesi komitəsinin sədri İsmayıl Dəmir öz rəsmi twitter hesabında bildirib.

"İnsansız dəniz nəqliyyat vasitələrimizə yeni imkanlar əlavə etməyə davam edirik. Bu sahədə də ən yüksək səviyyəyə qalxmaq əzmindəyik", - deyə sədr bildirib.

Qeyd edək ki, sahil və açıq dənizdə müdafiə/hücum məqsədləri üçün istifadə edilməsi nəzərdə tutulan Marlin SİDA, xüsusi gövdə dizaynı sayəsində sərt dəniz şəraitinə davamlılığı ilə seçilir. Amfibiya gəmilərindən və limanlardan havaya qalxa bilən Marlin, təqribən 36 düyün sürətinə malikdir və yüksək sürətlərdə belə manevr qabiliyyətini və sabitliyini qoruyur. Marlin SİDA Aselsan və Sefine Gəmiqayırma Zavodunun birgə layihəsidir.