Qazaxıstan, Qırğızıstan və Özbəkistan Kambarata SES-1 elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələr aparıb

Qazaxıstan, Qırğızıstan və Özbəkistan Kambarata SES-1 elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələr aparıb

Bakı, TurkicWorld:

Qazaxıstan, Qırğızıstan və Özbəkistan Kambarata SES-1 elektrik stansiyasının tikintisi ilə bağlı müzakirələr aparıb.

TurkicWorld-un məlumatına görə, AzerPress bu barədə Qırğızıstan Energetika Nazirliyinə istinadən bildirir.

Məlumata əsasən, görüşdə Qırğızıstan və Özbəkistanın Energetika nazirləri Taalaibek Ibraev və Jurabek Mirzamahmudov, Qazaxıstanın Energetika nazirinin müavini Jandos Nurmaganbetov və Özbəkistanın Su Resursları naziri Şavkat Xamraev iştirak edib.

Bundan əlavə, layihənin tikintisinin əsas mərhələləri müzakirə edilib və növbəti görüşün bu ayın sonunadək keçirilməsi barədə razılıq əldə olunub.

Məlumat üçün bildirək ki, yanvarın 6-da Bişkekdə Qazaxıstan Respublikasının energetika naziri Bolat Akçulakov, Qırğızıstanın energetika naziri Taalaibek Ibraev və Özbəkistan Respublikasının energetika naziri Jurabek Mirzamaxmudov arasında Kambarata SES-1 layihəsinin “Yol xəritəsi” imzalanıb.