Bakı, TurkicWorld:
Türkiyə və Qırğızıstan iqtisadi əməkdaşlığı genişləndirir.
TurkicWorld-un AzerPress-ə istinadən verdiyi məlumata görə, bu barədə razılaşma Qırğızıstanın İqtisadiyyat və Ticarət nazirinin müavini Kanat Abdrahmanov ilə Türkiyənin Qırğızıstandakı səfiri Ahmet Sadık Doğanın Bişkekdə görüşü zamanı əldə edilib.
Görüşdə çıxış edən Kanat Abdrahmanov bildirib ki, ölkənin Nazirlər Kabineti özəl sektorun yaxşılaşdırılmasına, investorlar üçün maneələrin azaldılmasına və sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsinə böyük diqqət yetirir.
Bundan əlavə, Qırğızıstan-Türkiyə İnvestisiya Fondunun yaradılması, eləcə də iki ölkə iqtisadiyyatının modernləşdirilməsi və inkişafı ilə bağlı məsələlər də müzakirə olunub.







