Bakı. TurkicWorld:
ABŞ Konqresinin hər iki palatasının Silahlı Qüvvələr İşləri üzrə Komitələri 2023-cü maliyyə ili üçün (oktyabrın 1-dən başlayaraq) 858 milyard dollarlıq müdafiə büdcəsini razılaşdırıblar.
TurkicWorld xəbər verir ki, Türkiyəyə F-16 qırıcılarının satışını məhdudlaşdıran maddələr ABŞ-ın müdafiə büdcəsi layihəsindən çıxarılıb.
Belə ki, konqresmenlərin və senatorların səs verməli olacağı qanun layihəsinin son variantında daha əvvəl yunan lobbisinə yaxınlığı ilə tanınan 18 nümayəndə tərəfindən qanun layihəsinin Nümayəndələr Palatasının variantına əlavə edilmiş F-16 qırıcılarının Türkiyəyə satışını məhdudlaşdıran maddələr yer almayıb.