Türkiyənin birinci ən hündür su elektrik stansiyasının açılışı olub

Türkiyənin birinci ən hündür su elektrik stansiyasının açılışı olub

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə hündürlüyünə görə Türkiyənin birinci, dünyanın isə beşinci ən hündür su elektrik stansiyası olan Yusufeli stansiyasının açılışı olub. TurkicWorld-un məlumatına görə, stansiyanın tikintisinə 34 milyard TL xərclənib.

Stansiyasının fəaliyyəti haqqında məlumat verən Ərdoğan, onun enerji istehsal gücü 2,5 milyon iqamətgah və ya 750 min Togg avtomobilinin enerji ehtiyacını qarşılayacaq səviyyədə olduğunu ifadə edib.

Qeyd edək ki, təməli Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2013-cü ilin fevral ayının 26-da Artvin şəhərinin Çoruh çayı üzərində atılan Yusufeli su anbarı və su elektrik stansiyası 275 metr gövdə hündürlüyü ilə Türkiyənin ən böyük anbarıdır.

5 milyon insanın elektrik enerji ehtiyacını ödəyə biləcək bu anbar, 558 meqavat quraşdırılmış gücə sahib bir elektrik stansiyasına malikdir.