Türkiyənin Milli Müdafiə Nazirliyi terrorçulara qarşı hava əməliyyatının görüntülərini paylaşıb

Türkiyənin Milli Müdafiə Nazirliyi terrorçulara qarşı hava əməliyyatının görüntülərini paylaşıb

Türkiyənin Milli Müdafiə Nazirliyi bazar günü terrorçulara qarşı həyata keçirilən hava əməliyyatının görüntülərini paylaşıb.

TurkicWorld xəbər verir ki, görüntülər Nazirliyin "Twitter" səhifəsində yerləşdirilib.

"Ölkəmizin, xalqımızın və sərhədlərimizin təhlükəsizliyini təhdid edən terrorçuların sığınacaqları, mağaraları, tunelləri, silah-sursat anbarları, sözdə qərargahları, təlim düşərgələri belə məhv edilib!", - deyə görüntülərin də yer aldığı paylaşımda deyilir.