Son dəqiqə

Qazaxıstan Türk dünyası Qartal rəqsi Sincan-Uyğur Muxtar Rayonu

"Qartal rəqsi" türk dünyasında yeni fenomenə çevrilib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qazaxıstanda yenidən canlanan və qısa müddətdə digər türk dövlətlərinə yayılan qədim "Qartal rəqsi" sosial mediada yeni trendə çevrilib.

TurkicWorld xəbər verir ki, unudulmaqda olan, lakin Çinin Sincan-Uyğur Muxtar Rayonunda yaşayan qazaxlar tərəfindən qorunub saxlanılan bu qədim rəqs növü rəqəmsal platformalar vasitəsilə geniş kütlələrə çatıb.

Qartalın uçuşunu xatırladan qeyri-adi xoreoqrafiyası ilə diqqət çəkən rəqs, Qazaxıstanın "Alatau Serileri" ənənəvi musiqi qrupunun "Has jüyrikte sın olmas" adlı əsərinin müşayiəti ilə paylaşılan videolardan sonra populyarlıq qazanıb. İlk olaraq qazax gənclərinin milli geyimlərdə nümayiş etdirdiyi bu rəqs qısa zamanda Azərbaycan, Türkiyə, Qırğızıstan və Özbəkistan başda olmaqla bütün türk dünyasında sürətlə yayılıb.

Sosial media istifadəçiləri bu axını qazax mədəniyyətinin tanıdılması ilə yanaşı, türk dünyası arasındakı ortaq mədəni bağların gücləndirilməsi və milli kimliyin vurğulanması kimi qiymətləndirirlər. Qeyd edək ki, qazax ənənəsində qartal azadlıq və müstəqilliyin rəmzi hesab olunur və bu simvol Qazaxıstanın dövlət bayrağında da öz əksini tapıb.

Mövzuya görə xəbərlər