Son dəqiqə

Qırğızıstan ABD vize teminatı Orta Asya’da tepki çekti Washington vize politikasını sıkılaştırıyor ABD B1/B2 vizeleri için yüksek depozito uygulaması ABD Orta Asya ülkeleri için vize teminatı getiriyor ABŞ-a səfər üçün minlərlə dollarlıq depozit tələb olunacaq Vaşinqton Mərkəzi Asiya üçün vizə siyasətini sərtləşdirir ABŞ B1/B2 vizaları üzrə yüksək maliyyə tələbləri qoyur ABŞ Mərkəzi Asiya ölkələri üçün vizə depoziti tətbiq edir

ABŞ Mərkəzi Asiya ölkələri üçün viza depoziti tətbiq edəcək

BAKI,TurkicWorld, Orxan Qədirzadə

ABŞ Dövlət Departamenti Qırğızıstan, Tacikistan və Türkmənistanı turist və işgüzar B1/B2 vizaları üçün məcburi vizə depoziti tətbiq edilən 38 ölkənin siyahısına daxil edib.

TurkicWorld xəbər verir ki, yeni qaydalara əsasən, viza üçün müraciət edən şəxslərdən 5 min, 10 min və ya 15 min ABŞ dolları məbləğində depozit tələb oluna bilər. Depozitin məbləği konsulluqda keçirilən müsahibə zamanı fərdi qaydada müəyyən edilir.

Qırğızıstan və Tacikistan vətəndaşları üçün tələblər 21 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək. Türkmənistan vətəndaşları üçün isə bu mexanizm 1 yanvar tarixindən etibarən tətbiq olunur.

Proqrama görə, viza depoziti yalnız konsulluq əməkdaşı müraciətçinin viza almaq hüququnu təsdiqlədikdən sonra ABŞ Xəzinədarlığının rəsmi platforması vasitəsilə ödənilir. Bununla belə, depozitin yatırılması vizanın mütləq verilməsinə zəmanət vermir.

Belə vizaya sahib şəxslər ABŞ-a yalnız əvvəlcədən müəyyən edilmiş giriş-çıxış məntəqələrindən istifadə edə biləcəklər. Siyahıya Boston-Loqan Beynəlxalq Hava Limanı, Vaşinqton Beynəlxalq Hava Limanı və Con F. Kennedi Beynəlxalq Hava Limanı daxildir.

Vizitor ABŞ-ı müəyyən olunmuş müddətdə tərk edərsə, vizadan istifadə etməzsə və ya ölkəyə girişdən imtina edilərsə, depozit məbləği tam şəkildə geri qaytarılır. Şərtlərin pozulması — qalma müddətinin aşılması, ölkədə qanunsuz qalma və ya qeyri-immiqrasiya statusunun dəyişdirilməsi (o cümlədən sığınacaq üçün müraciət) — hallarında isə depozit saxlanılır.

Qırğızıstan Nazirlər Kabineti sədrinin müavini Edil Baisalov ABŞ-ın yüksək vizə depoziti tətbiqini şərh edərək, Vaşinqtonun yeni tələblərinə cavab olaraq ABŞ vətəndaşları üçün mövcud vizasız rejimin yenidən nəzərdən keçirilməsini təklif edib. Onun sözlərinə görə, viza siyasəti paritetlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanmalıdır və Qırğızıstan vətəndaşları üçün belə maliyyə baryerləri cavabsız qala bilməz.

Mövzuya görə xəbərlər