Son dəqiqə

Seyid Əli Xamenei İsrail ABŞ münasibətləri İran-İsrail qarşıdurması İran-İsrail gərginliyi İran–İsrail gərginliyi fonunda edam xəbəri İran-İsrail müharibəsi

İranda Əli Xamenei ilə vida mərasimi təxirə salınıb

BAKI,TurkicWorld, Nailə Babazadə

İranın ali lideri Ayətullah Seyid Əli Xamenei ilə planlaşdırılan vida mərasiminin vaxtı dəyişdirilib. Bu barədə məlumatı İranın rəsmi media qurumları yayıb.

TurkicWorld xəbər verir ki, mərasimin təxirə salınmasına səbəb kimi, vida tədbirinə qatılacaq vətəndaşların sayının həddindən artıq çox olacağı ehtimalı göstərilib. Bildirilir ki, izdihamın idarə olunması və təhlükəsizliyin tam təmin edilməsi üçün əlavə hazırlıq tədbirlərinin görülməsinə ehtiyac yaranıb.

Qeyd edək ki, ilkin plana əsasən, vida mərasimi bu gün yerli vaxtla saat 22:00-da başlamalı idi. Mərasimin yeni keçirilmə vaxtı barədə hələlik rəsmi açıqlama verilməyib.

Mövzuya görə xəbərlər