Son dəqiqə

Qırğızıstan Türkiyə Ticarət nazirliyi Türkiyə İxracatçılar Məclisi polad Türkiyənin ixracatı 2025 Türkiyə ixracat statistikası Türkiyə ixracat statistikası Türkiyə polad ixracı 2025 Türkiyənin dünya bazarlarına polad satışı Türkiyə polad ixrac həcmi Türkiyə İxracatçılar Məclisi (TİM) İxracat Türkiyə polad sənayesi Türkiyə polad ixracı

Türkiyənin Qırğızıstana polad ixracı kəskin azalıb (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026-ci ilin yanvar ayında Türkiyədən Qırğızıstana polad ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq, 537 min 15 dollara bərabər olub.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 2026-ci ilin yanvar ayında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,9 faiz azalaraq, 1 milyard 84 milyon 607 min dollara bərabər olub.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2026 - yanvar 2025) Türkiyə 16 milyard 381 milyon 111 min dollar məbləğində polad ixrac edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-dekabr aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq, 16 milyard 541 milyon 573 min dollara bərabər olub.

Mövzuya görə xəbərlər