Son dəqiqə

Qırğızıstan Sadır Japarov Bişkek

Qırğızıstan parlamentinin sədri istefa verdi

BAKI,TurkicWorld, Fərid Mikayılov

Qırğızıstan parlamentinin - Joqorku Keneşin sədri Nurlanbek Turğunbek uulu vəzifəsindən öz istəyi ilə ayrıldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, o, parlament iclasında çıxışı zamanı bildirib ki, qərar tamamilə şəxsi xarakter daşıyır və ona qarşı hər hansı təzyiq göstərilməyib.

“Bu, mənim şəxsi qərarımdır. Mənə heç bir təzyiq olmayıb. Qırğızıstanda qalacağam. Heç yerə getmirəm, aranızda işləməyə davam edəcəyəm” - deyə Turğunbek uulu vurğulayıb.

Sabiq spiker çıxışında ölkədə sabitliyin qorunmasının vacibliyini qeyd edərək, Prezident tərəfindən başlanmış islahatların başa çatdırılmasının zəruriliyini önə çəkib.

“Ölkəmizdə sabitlik olmalıdır. Sadır Japarovun başladığı islahatlar sona çatmalıdır. Buna görə də mən vətənpərvərlik mövqeyindən belə qərar qəbul etdim” - deyə o əlavə edib.

Hazırda Joqorku Keneşin yeni sədri postuna kimin namizəd olacağı hələ açıqlanmayıb.

Mövzuya görə xəbərlər