Son dəqiqə

UNESCO Avropa Cənubi Koreya Aktotı Raimkulova Türk Mədəniyyəti və İrsi Fondu ASEAN Asiya Seul Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq ICHCAP Türk mədəni məkanında ümum mədəni irs üzrə regional əməkdaşlıq: Ortaq Türk İrsi Kataloqu Türk Dünyasına Baxış– 2040 TURKTIME Türk Dünyasının Mədəni Kodu TurkicHeritage Sakit okean regionu

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzi (ICHCAP) tərəfindən təşkil edilən Beynəlxalq Konfransında iştirak edib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Seul şəhərində (C.Koreya) keçirilən “Sərhədləri aşan miras və (ASEAN) Cənub-Şərqi Asiya Ölkələrinin Ortaq Mədəni İrsi: dəyərlər və regional əməkdaşlıq” mövzusuna həsr olunmuş Beynəlxalq Konfransda iştirak edib.

TurkicWorld xəbər verir ki, tədbir Cənubi Koreya Respublikasının Milli İrs Xidməti və UNESCO-nun Asiya-Sakit Okean Regionunda Beynəlxalq Qeyri-Maddi Mədəni İrs İnformasiya və Şəbəkə Mərkəzinin (ICHCAP) birgə təşkilatçılığı ilə baş tutub.

“Türk mədəni məkanında ümum mədəni irs üzrə regional əməkdaşlıq: Ortaq Türk İrsi Kataloqu” məruzəsi ilə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova beynəlxalq əməkdaşlığın mədəni irsin qorunması və təbliğində artan roluna diqqət çəkib. O, çıxışında Fondun Türk dünyasında ortaq mədəni dəyərlərin sistemli şəkildə sənədləşdirilməsi, gələcək nəsillərə ötürülməsi və beynəlxalq platformalarda tanıdılması istiqamətində həyata keçirdiyi fəaliyyətlərdən bəhs edib.

Seul şəhərində keçirilən konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Fond tərəfindən “Türk Dünyasına Baxış– 2040” və TURKTIME strateji sənədlərinə uyğun olaraq hazırlanmış Türk mədəni irsinə dair ilk çoxdilli kataloq “Türk Dünyasının Mədəni Kodu” nəşrini təqdim edib. Qeyd olunub ki, sözügedən kataloq ilk dəfə 4 noyabr 2025-ci il tarixində Səmərqənd şəhərində UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində beynəlxalq ictimaiyyətə təqdim olunub, Koreya Respublikasında baş tutan təqdimat isə layihənin növbəti beynəlxalq tanıtımı baxımından mühüm mərhələ kimi dəyərləndirilib.

Layihə Ortaq Türk İrsi Siyahısının formalaşdırılması və “TurkicHeritage” rəqəmsal platformasının yaradılması üçün əsas zəmin yaradıb.

Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyəti və təqdim edilən konsepsiya ASEAN ölkələrinin nümayəndələri, beynəlxalq təşkilatlar, akademik dairələr və dövlət qurumları da daxil olmaqla konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirilib və böyük maraqla qarşılanıb. Xüsusilə Fondun xalqlar arasında mədəniyyətlərarası dialoqun və etimadın möhkəmləndirilməsinə verdiyi töhfələr diqqət mərkəzində olub.

Fondun bu nüfuzlu forumda iştirakı göstərdi ki, Türk Mədəniyyəti və İrsi Fondu beynəlxalq əlaqələrini sürətlə genişləndirir. Təşkilat təkcə Avropa ilə deyil, həm də Asiya, Sakit okean regionu və ümumilikdə dünya ölkələri ilə əməkdaşlığı gücləndirir. Bu addım Türk dünyasının zəngin irsinin dünyada tanıdılması üçün yeni imkanlar yaradır.

Mövzuya görə xəbərlər