Son dəqiqə

Türkiyə Özbəkistan

Özbəkistan-Türkiyə biznes forumu keçirilir

Bakı,TurkicWorld

Daşkənddə Özbəkistan-Türkiyə biznes forumu və B2B formatında görüşlər, Özbəkistan-Türkiyə sənaye zonasının birinci mərhələsinin açılış mərasimi də keçiriləcək.

TurkicWorld xəbər verir ki, forumda iki ölkənin nazirliklərinin, idarələrinin, sənaye assosiasiyalarının rəhbərləri, 200-dən çox iri istehsalat şirkətinin nümayəndələri, ekspertlər iştirak ediblər.

Sahibkarlar üçün əlavə imkanların yaradılmasında, perspektiv istiqamətlərdə yeni layihələrin həyata keçirilməsində belə forumlar mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Özbəkistanın əsas strateji tərəfdaşlarından biridir. Son 5 ildə qarşılıqlı ticarət əlaqələrinin həcmi 1,3 dəfə artıb. Dövlət başçılarının tapşırıqlarına əsasən, ticarət dövriyyəsinin həcminin 5 milyard dollara çatdırılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.

Bu il noyabrın 6-da Türk Dövlətləri Təşkilatı çərçivəsində rəqəmsal iqtisadiyyat üzrə tərəfdaşlıq sazişi imzalanıb.

Türkiyə şirkətlərinin nümayəndələri özbək tərəfdaşları ilə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını və region iqtisadiyyatına investisiya qoymağa hazır olduqlarını bildiriblər. Tərəflər birgə müəssisələrin yaradılması və sənaye sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.

Mövzuya görə xəbərlər