Son dəqiqə

Hakan Fidan Türk Dövlətləri Təşkilatı (TDT)

İmkanlarımızı ortaq rifahımız üçün istifadə etməliyik - Hakan Fidan

Bakı, TurkicWorld

Türk Dünyası Qəzzada baş verən insanlıq faciəsinə etinasız qala bilməz. İsrailin 7 oktyabrdan bəri fələstinli qardaşlarımıza qarşı hücumları beynəlxalq hüququ hər cəhətdən pozur.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin xarici işlər nazir Hakan Fidan Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında çıxışı zamanı deyib.

Türk Dünyasının beynəlxalq siyasətin maraq mərkəzlərindən birinə çevrildiyini bildirən Fidan, "Qlobal güc rəqabətinin coğrafiyamıza sirayət etməsinin qarşısını almaq üçün sıralarımızı sıxlaşdırmalı, imkanlarımızı ortaq rifahımız üçün istifadə etməliyik. Bu qayə ilə regional sahiblik və regional əməkdaşlıq bizim birgə işimizin iki əsas prinsipini təşkil edir”- qeyd edib.

Fidan, "müvazinətini itirmiş" mövcud dünya nizamında nüfuzlu bir platforma kimi varlığını göstərən TDT-nin əlaqələrin daha da gücləndirilməsi üçün mühüm imkanlar olduğuna diqqət çəkib.

Maarifləndirici fəaliyyətlərin və gənclərlə bağlı layihələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayan Fidan, “Əlifba birliyimizi ən qısa zamanda təsis etməliyik” -deyə bildirib.

Fidan, dünyanın fərqli yerlərində yaşayan türk azınlıqları məsələsinə də toxunaraq, “Balkanlarda, Şərqi Avropada, Yaxın Şərqdə, Əfqanıstanda və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın öz milli kimliklərini qoruyub saxlamalarına kömək etməyimiz bizim tariximiz qarşısındaki məsuliyyətimizdir”- deyə əlavə edib.

Türk Dünyasının Qəzzada baş verən insanlıq faciəsinə arxa çevirə bilməyəcəyini deyən Fidan, “İsrailin 7 Oktyabrdan (2023) bəri Fələstinli qardaşlarımıza qarşı hücumları beynəlxalq hüququ hər baxımdan pozur. Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) Cənubi Afrika tərəfindən İsrailə qarşı qaldırılmış Soyqırımı Davası ilə bağlı verəcəyi qərarla İsrail-Fələstin probleminin gecikmiş həllinə hüquqi töhvə verə bilmə imkanına yaranır.” sözlərinə davam edib.

“TDT-nin bütün üzvlərinin ICJ-in İsrailə qarşı soyqırım işini dəstəkləməsini görmək istərdik” deyən Fidan, Fələstin məsələsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsi qarşısında aparılan prosesi də yaxından izlədiklərini qeyd edib.

Onun sözlərinə görə, ICJ-nin İsrailin işğal olunmuş Fələstin ərazilərindəki fəaliyyətləri ilə bağlı verəcəyi rəy də Fələstin məsələsinə əhəmiyyətli hüquqi töhfə verəcəkdir.

Mövzuya görə xəbərlər