Bakı. TurkicWorld:
Türkiyədə MHP sədri Devlet Bahçelinin göstərişi ilə “Əhməd Cavad İnstitutu” qurulacaq.
TurkicWorld bu barədə türk KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, institutda türk dünyası ilə bağlı araşdırmalar müzakirə olunacaq.
İnstitutun məqsədi Azərbaycan şairinin çoxşaxəli əsərlərini, türk dünyasına, o cümlədən mədəniyyət, incəsənət və ədəbiyyata verdiyi töhfələri araşdırmaq, türk dünyasında fikir və duyğuların ümumi birliyinin genişləndirilməsinə xidmət etməkdir.
Tasnem Ismukhan