“Özbəkistan-Türkmənistan” azad ticarət zonası yaradılır

“Özbəkistan-Türkmənistan” azad ticarət zonası yaradılır

Bakı. TurkicWorld:

Özbəkistan Prezidentin sərəncamına əsasən, Xorəzm vilayətinin Şavat rayonunda azad ticarət zonası yaradılacaq.

TurkicWorld AzerVoice-yə istinadla xəbər verir ki, Xorəzm vilayətinin Şavat rayonunda malların saxlanması, çeşidlənməsi, marketinqi, daşınması və digər müasir xidmətlərin göstərilməsi üçün infrastrukturun təşkili məqsədilə yaradılacaq “Özbəkistan-Türkmənistan” azad ticarət zonası regionda qarşılıqlı ticarəti artıracaq.

“Özbəkistan-Türkmənistan” azad ticarət zonası nələr olacaq:

Müasir texnologiyalar əsasında məhsulların qəbulu, saxlanması və çeşidlənməsi üzrə xidmətlərin göstərilməsi

“Bir pəncərə” və interaktiv mexanizmlər əsasında müştərilər üçün gömrük, vergi, sertifikatlaşdırma, fitosanitar, baytarlıq, nəqliyyat xidmətləri, bank və valyuta birjaları, mobil rabitə, o cümlədən tibbi, mehmanxana, avtomobil nəqliyyatı və digər xidmətlərini yaradılması,

Eksklüziv olaraq Özbəkistan və Türkmənistanda istehsal olunan məhsulların satışı

Pərakəndə ticarət əməliyyatlarına icazə verilən “azad gömrük zonası” gömrük rejimi fəaliyyət göstərəcək

Özbəkistan ərazisində yerləşən xarici dövlətlərin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər səyahət sənədləri əsasında ayrıca buraxılış məntəqəsindən keçirlər və onların geri qaytarılmasına yalnız həmin keçid məntəqəsi vasitəsilə icazə verilir; – Bu şəxslər, nəqliyyat vasitələri və yüklər sərbəst hərəkət edəcək.

Ticarət zonasındakı bina və tikililər onlayn elektron hərraclar əsasında sahibkarlıq subyektlərinə icarəyə veriləcək