Son dəqiqə

Qazaxıstan Qırğızıstan Murat Nurtleu

Qazaxıstan ali təhsil müəssisələrinin Qırğızıstanda filialları açılacaq

Bakı. TurkicWorld:

Qazaxıstan ali təhsil müəssisələrinin Qırğızıstanda filialları açılacaq.

TurkicWorld-un məlumatına görə, bu sözləri Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, Bişkekdə keçirdiyi mətbuat konfransında deyib.

"Biz təhsil sahəsində əməkdaşlığı fəal şəkildə artırırıq. Əl-Farabi adına Qazax Milli Universiteti və L.N.Qumilev adına Avrasiya Milli Universiteti Bişkek və Oşda filiallarını açıb. Düşünürəm ki, bu təcrübə bundan sonra da davam etdiriləcək. Bu gün biz Qırğızıstanda texniki universitetlərin açılması məsələsini müzakirə etdik. Atırau Neft və Qaz İnstitutu öz filialını açmağı planlaşdırır. Həmçinin, KAZ Minerals Bozymchak istehsalat zavodunun yanında peşə məktəbi açılacaq",- deyə o bildirib.

Qeyd edək ki, Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Qırğızıstan xarici siyasət idarəsinin rəhbəri Jeenbek Kulubayevin dəvəti ilə Qırğızıstana rəsmi səfər edib.

Məlumat üçün bildirək ki, Murat Nurtleu, qırğızıstanlı həmkarı ilə Qazaxıstan-Qırğızıstan strateji tərəfdaşlığı və müttəfiqliyinin aktual məsələlərini müzakirə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər