Son dəqiqə

Türkiyə Fələstin Ersin Tatar

Türkiyə Adadan çəkiləcəyi təqdirdə, burada da Fələstindəki hadisələr yaşana bilər - Ersin Tatar

Bakı. TurkicWorld:

Türkiyə adadan çəkiləcəyi təqdirdə, burada da Fələstindəki hadisələr yaşana bilər.

TurkicWorld-un məlumatına görə, bu sözləri Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar deyib.

"İsrail və Fələstində baş verən hadisələrlə bağlı proseslər yaxından izlənilməlidir və bu prosesdə Türkiyə ilə birlikdə hərəkət etmək vacibdir. Türkiyə, Ada üçün çox əhəmiyyətlidir. Türkiyə Adadan çəkiləcəyi təqdirdə, burada da Fələstindəki hadisələr yaşana bilər",- deyə Ersin Tatar bildirib.

Ersin Tatar qeyd edib ki, Şimali Kipr ötən il Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi daxil olduqdan sonra yeni imkanlar əldə edib, ölkənin dövlət, akademik və peşə palataları kimi qurumları digər türk dövlətləri ilə əlaqə saxlayır və ölkəni təmsil edirlər.

"Şimali Kipr dünyada yavaş-yavaş öz layiqli yerini tutur. Mən tanınmağa əhəmiyyət verirəm, ölkələrlə müxtəlif əlaqələri irəli apararaq gələcəyə daha təhlükəsiz addımlar atmaq üçün infrastruktur hazırlamışıq. Ölkəmizdəki universitetlərdə 144 fərqli ölkədən tələbə təhsil alır və 100-dən çox ölkə ilə ticarət aparırıq",- deyə Ersin Tatar əlavə edib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər