Bakı. TurkicWorld:
KKTC Şərqi Aralıq dənizində sülh, təhlükəsizlik və sabitliyin açarıdır.
TurkicWorld-un məlumatına görə, bu sözləri Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar deyib.
"KKTC, Türkiyənin dəstəyi ilə daha da güclənəcək. KKTC, Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv kimi daxil olub və İngiltərə, elecə də dünya Kiprlə bağlı siyasətlərini nəzərdən keçirməlidir. İngiltərə qarant ölkə olaraq Kipr türklərinə borcludur. Onların bu günə qədər Kipr türklərinə qarşı ədalətli davranmadıqlarını düşünürük. Biz daha yaxşı rəftara layiqik. KKTC Türkiyənin dəstəyi ilə tanınacaq",- deyə Ersin Tatar bildirib.
Aytac Süleymanova
Twitter: a_alieva_







