Son dəqiqə

Özbəkistan Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatı Astana

Mərkəzi Daşkənd olan Türk İnkişaf Bankı yaradılmalıdır - Şavkat Mirziyoyev

Bakı. TurkicWorld:

Mərkəzi Daşkənd olan Türk İnkişaf Bankı yaradılmalıdır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Özbəkistan prezidenti Şavkat Mirziyoyev, Qazaxıstanın paytaxtı Astanada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısında çıxışı zamanı deyib.

"Türk İnkişaf Bankı yaradılmalı və türk dünyası üçün xartiya hazırlanmalıdır. Bu günlərdə dövlətlərimiz arasında sənaye əməkdaşlığının gücləndirilməsi, iri investisiya layihələrinin həyata keçirilməsi məqsədilə Türk İnvestisiya Fondu fəaliyyətə başlayır. Növbəti mərhələdə biz Türk İnkişaf Bankının yaradılması ilə bağlı işləri də gücləndirməliyik. Biz bu maliyyə institutunu Daşkənddə yerləşdirməyə hazırıq. Bizim əsas məqsədimiz bütün maneələri birgə səmərəli şəkildə dəf etmək üçün Təşkilat daxilində qarşılıqlı hörmət, etimad və açıqlıq prinsiplərini gücləndirməkdir. Bu baxımdan türk xalqlarının birliyini, ulu keçmişini, zəngin mədəniyyətini, ilkin dəyərlərini əks etdirən türk dünyasının xartiyasının hazırlanmasını zəruri hesab edirəm. Mən bu unikal simvolik ensiklopediyanın aparıcı alim və sahənin mütəxəssislərinin iştirakı ilə hazırlanmasını təklif edirəm”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı keçirilir.

Aytac Süleymanova

Mövzuya görə xəbərlər