Son dəqiqə

Çin Mərkəzi Asiya

Mərkəzi Asiya və Çin gömrük qurumlarının rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakı. TurkicWorld:

Mərkəzi Asiya və Çin gömrük qurumlarının rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər.

TurkicWorld-un məlumatına görə, Türkmənistan Dövlət gömrük idarəsi, Pekində Çin və Mərkəzi Asiya ölkələrinin gömrük xidmətlərinin rəhbərləri arasında qeyri-rəsmi görüş keçirib.

Görüşün “Bir kəmər, bir yol” üçüncü beynəlxalq əməkdaşlıq forumu ilə üst-üstə düşməsi planlaşdırılıb və Çin-Mərkəzi Asiya ölkələrinin gömrük xidmətləri rəhbərlərinin 21 aprel 2023-cü il tarixində keçirilən onlayn görüşünün davamı olub.

Görüşdə “Vahid pəncərə” layihəsi çərçivəsində əməkdaşlıq, Çin və Mərkəzi Asiya ölkələri arasında sərhəd nəzarəti məntəqələrinin idarə olunması, gömrük risklərinin idarə edilməsi, qeyri-invaziv yoxlama sahəsində təcrübə mübadiləsi müzakirə edilib.

Görüşdən sonra tərəflər “Bir kəmər, bir yol” təşəbbüsünün fəal inkişafına kömək etmək üçün müzakirə olunan məsələlərin praktiki icrasını sürətləndirmək barədə razılığa gəliblər.

Məlum olduğu kimi, “Bir kəmər, bir yol” üçüncü beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Türkmənistan və Çin arasında Səlahiyyətli İqtisadi Operator (AEO) gömrük sisteminin imkanlarını genişləndirmək məqsədilə anlaşma memorandumu imzalanıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər