Son dəqiqə

Azərbaycan Ersin Tatar Şimali Kipr Türk Respublikası Türk dövlətləri

KKTC dünya tərəfindən tanınmağa başlayır - Ersin Tatar

Bakı. TurkicWorld:

KKTC dünya tərəfindən tanınmağa başlayır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktayla görüşü zamanı deyib.

Uzun illərdir adada türk və yunan balansını qorumaq üçün mübarizə aparırıq. Artıq ölkəmizin yeni siyasi anlayışında federasiya yönümlü həll təkliflərinə yer yoxdur. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci və 78-ci Baş Assambleyasındakı KKTC-nin tanınması yönündəki çağırışları ölkədəki “yeni siyasətin” əsasını gücləndirib. Türkiyə ilə əməkdaşlıq sayəsində bir çox uğurlu işlərə imza atırıq. Suyun Türkiyə vasitəsilə dənizaltı borularla KKTC-yə çatdırılmasını təmin edən “Əsrin Layihəsi” böyük əhəmiyyətə malikdir. Eyni zamanda, Maraşın açılması da KKTC-nin Şərqi Aralıq dənizində suveren bir dövlət kimi qurulmasına xidmət edəcək və bölgənin ölkə iqtisadiyyatına, turizminə, suverenliyinə böyük töhfə verəcək",- deyə Şimali Kipr prezidenti bildirib.

Fuat Oktay vurğulayıb ki, Türkiyə olaraq biz həmişə KKTC-ni dəstəkləyirik. İllərdir davam edən embarqoların tətbiqi qəbuledilməzdir. Pile yolu isə tamamilə humanitar layihədir və bunun siyasi ölçüyə cəlb edilməsi doğru deyil.

Mövzuya görə xəbərlər