Qırğız-Türkiyə dostluq xəstəxanasında orqan transplantasiyası əməliyyatları həyata keçiriləcək

Qırğız-Türkiyə dostluq xəstəxanasında orqan transplantasiyası əməliyyatları həyata keçiriləcək

Bakı, TurkicWorld:

Qırğız-Türkiyə dostluq xəstəxanasında orqan transplantasiyası əməliyyatları həyata keçiriləcək, TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qırğızıstan Respublikasının səhiyyə naziri Gülnarə Baatırova ilə Türkiyə Səhiyyə Nazirliyinin Dövlət Xəstəxanaları Baş İdarəsinin şöbə müdiri Mustafa Taşkının görüşü zamanı əldə edilib.

Məlumata əsasən, görüş zamanı Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən xəstəxanada orqan transplantasiyasının təşkili və xəstəxananın orqan transplantasiyasına mərhələli şəkildə hazırlanması ilə bağlı məsələlər müzakirə edilib.

Bundan əlavə, orqan transplantasiyası ilə məşğul olan türk mütəxəssislər (nefroloqlar, cərrahlar) Qırğız-Türkiyə xəstəxanasında transplantasiya üçün mövcud tibbi avadanlıqlarla tanış olublar.

Qeyd edək ki, 2021-ci ildə Qırğızıstanın paytaxtı Bişkek şəhərində yerləşən Qırğız-Türk Dostluğu Xəstəxanasının rəsmi açılışı olub.

Ləman Əsədli
Lamanasadli01