Yanvar ayında Türkiyədə baş verən qəzaların sayı 40 minə çatıb

Yanvar ayında Türkiyədə baş verən qəzaların sayı 40 minə çatıb

Ankara. TurkicWorld:

2023-cü ilin yanvar ayında Türkiyədə baş verən toplam qəza sayı 39 min 940 olub.

Bu barədə TurkicWorld Türkiyənin Baş Polis İdarəsinə istinadən məlumat verir.

İdarədən verilən məlumata görə, oktyabr ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 34 min 123, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 5 min 817 olub.

“Hesabat dövründə qeydiyyata alınan qəzalarda yaralananların sayı 22 min 169, vəfat edənlərin sayı isə 185 nəfər təşkil edib.” – deyə idarədən bildirilib.