Son dəqiqə

Türkiyə limanları Bartın limanı

Yanvar-noyabr aylarında Bartın limanı 1 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Bakı, Dekabr 16. /TurkicWorld/

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Bartın limanı 1 milyon 348 min 385 ton yük qəbul edib.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Bartın limanından Türkiyə bayrağı altında üzən gəmilərlə 51 min 265 ton, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 297 min 120 ton yük daşınıb.

“2022-ci ilin yanvar-noyabr aylarında Türkiyənin Bartın limanından 54 ton tranzit yük aşırılıb”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 758 min 108 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanları 361 milyon 981 min 446 ton yük qəbul edib.

2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 796 min 23 min ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 185 min 423 ton təşkil edib.

Məlumatda bildirilib ki, 2022-ci ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 73 milyon 758 min 393 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər