Türkiyə limanları Yük daşımaları Aliağa limanı Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanlarında yük daşımaları 2025 Türkiyə limanlarına daxil olan yüklər Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

Türkiyənin Aliağa limanı 2026-cı ilin yanvarında 6 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2026 - cı ilin yanvar ayında Türkiyənin Aliağa limanı 6 milyon 86 min 566 ton yük qəbul edib.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən 390 min 178 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 5 milyon 696 min 388 ton yük daşınıb.

2026 - ci ilin yanvar ayında Aliağa limanından tranzit 85 min 850 ton yük aşırılıb.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 4 min 43 gəmi qəbul edib.

“Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 401 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 2 min 642 olub.”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2026-cı ilin yanvar ayında Türkiyə limanları 32 milyon 510 min 593 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 324 min 93 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 186 min 500 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2026-cı ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 857 min 573 ton transit yük daşınıb.

Mövzuya görə xəbərlər