Son dəqiqə

Türkiyə limanları Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi Aliağa limanı Türkiyə limanlarının yük qəbulu 2025 Türkiyə limanları yükdaşımalar Türkiyə limanlarının statistikası Türkiyə limanlarında yük daşımaları 2024 və 2025 Türkiyə limanları statistikası Türkiyə limanlarının yük qəbul etmə statistikası 2025 Türkiyə limanlarına daxil olan gəmi sayı Türkiyə limanları və beynəlxalq gəmiçilik

Türkiyənin Aliağa limanı 65 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

BAKI, TurkicWorld, Nailə Babazadə

2025 - ci ilin yanvar - noyabr ayında Türkiyənin Aliağa limanı 65 milyon 681 min 92 ton yük qəbul edib.

Bu barədə TurkicWorld -a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən 2 milyon 723 min 961 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 62 milyon 957 min 131 ton yük daşınıb.

2025 - ci ilin yanvar - noyabr aylarında Aliağa limanından tranzit 1 milyon 686 min 277 ton yük aşırılıb.

Qeyd edək ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanları 34 milyon 267 min 680 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 394 min 625 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 31 milyon 873 min 55 ton olub”, – deyə nazirlikdən bildirilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin noyabr ayında Türkiyə limanlarından 6 milyon 231 min 99 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar- noyabr aylarında Türkiyə limanları 376 milyon 925 min 895 ton yük qəbul edib.

"Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 26 milyon 720 min 453 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 350 milyon 205 min 442 ton təşkil edib”, - deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2025-ci ilin yanvar- noyabr aylarında Türkiyə limanlarından 63 milyon 159 min 139 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 813 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı min 634 bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 179 olub.

2025-ci ilin yanvar - noyabr ayında Türkiyə limanları 58 min 24 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 383, Türkiyə bayrağı altında olan gəmilər isə 37 min 641 olub”, - deyə nazirlikdən bildirilib.

Mövzuya görə xəbərlər