Son dəqiqə

Ermənistan Naxçıvan Muxtar Respublikası Azərbaycan Dəmir Yolları QSC Avropa Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu

Naxçıvan MR-də dəmir yollarının tikinti-bərpa işlərindən görüntülər

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.

TurkicWorld xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır.

Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.

2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.

Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək.

Mövzuya görə xəbərlər