AZAL Londona səyahət edən sərnişinlərə müraciət edib

AZAL Londona səyahət edən sərnişinlərə müraciət edib

Bakı. TurkicWorld:

23 iyun 2022-ci il tarixdən etibarən AZAL-ın reysləri “Hitrou” (LHR) hava limanının 4-cü terminalına və həmin terminaldan geriyə həyata keçiriləcək.

Bu barədə TurkicWorld-ə şirkətdən məlumat verilib.

Xatırladaq ki, yay cədvəli çərçivəsində AZAL Böyük Britaniyanın paytaxtına həftədə 3 dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri uçuşlar yerinə yetirir.