Son dəqiqə

AZAL Füzuli Azərbaycan Hava Yolları Heydər Əliyev Beynəlxalq Aeroportu

AZAL Füzuliyə uçuşlara başlayır

Bakı, TurkicWorld

Bu gündən "Azərbaycan Hava Yolları" QSC Bakıdan Füzuliyə müntəzəm reyslərin həyata keçirilməsinə başlayır.

TurkicWorld AZAL-a istinadən xəbər verir ki, uçuşlar çərşənbə və şənbə günləri Heydər Əliyev Beynəlxalq Aeroportu, Terminal 2-dən həyata keçiriləcək.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının qərarına əsasən biletlərin qiyməti bir tərəfə 78 manat təyin edilib. Bu qiymətə 10 kq-a qədər əl yükü və 23 kq-a qədər baqaj daxildir.

Mövzuya görə xəbərlər