Son dəqiqə

Xəzər dənizi

Xəzər dənizinin sahil zolağı məişət tullantılarından təmizlənib

Bakı. TurkicWorld:

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə "Azərbaycan Fotoqrafları Birliyi"nin təşkilatçılığı və "Ekol Mühəndislik Xidmətləri" QSC-nin dəstəyi ilə dəniz sahilinin məişət tullantılarından təmizlənmə aksiyası keçirilib.

TurkicWorld xəbər verir ki, aksiyanın keçirilməsində əsas məqsəd Xəzər dənizində son illər baş verən təbii proseslərdə dəniz sahilində suyun çəkilməsi ilə əlaqədar yaranan vəziyyətlə bağlı tədbirlərə qoşulmaq və ictimaiyyətin fikrini bu tipli aksiyalara cəlb etməkdən ibarət olub.

Aksiyada "Azərbaycan Fotoqrafları Birliyi"nin üzvləri, həvəskar fotoqraflar, Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllim və tələbə heyəti, "Ekol Mühəndislik Xidmətləri" QSC-nin əməkdaşları və Abşeron Milli Parkının könüllüləri iştirak ediblər.

Abşeron Milli Parkının Şah Dili Qoruğu sahil zolağında "Təbiətə bir gün" devizi altında məişət tullantılarından, plastik və dəmir qablardan təmizləmə işləri aparılıb, toplanmış tullantılar tullantı məntəqəsinə təhvil verilib.

Mövzuya görə xəbərlər