Qazaxıstan və Türkiyə Xəzərdə təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib

Qazaxıstan və Türkiyə Xəzərdə təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib

Bakı. TurkicWorld:

Qazaxıstan və Türkiyə nümayəndə heyətləri Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Qazaxıstanın fövqəladə hallar naziri Çingiz Arinov paytaxt Astanada Türkiyə milli müdafiə nazirinin müavini Bilal Durdalının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Türkiyənin mühüm və etibarlı tərəfdaş olduğunu bildirən Arinov gəmiqayırma sahəsində əməkdaşlığın ikitərəfli münasibətlərdə mühüm element ola biləcəyini bildirib.

Arinov onu da qeyd edib ki, Xəzər dənizinin Qazaxıstan tərəfindəki hissələrində fövqəladə hallara dərhal reaksiya verə biləcək “peşəkar təcili xilasetmə xidməti” yaratmağı nəzərdən keçirirlər.

"Bu işlərlə dənizdə və quruda müxtəlif əməliyyatlar, məsələn, Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi, neft dağılmaları, gəmi qəzaları və yanğınların aradan qaldırılması, xilasetmə işləri dərhal həyata keçirilə bilər", - deyə o əlavə edib.

X: Lamanasadli01