Son dəqiqə

Türkiyə TUSAŞ HÜRJET

HÜRJET yüksək performanslı manevrlərini davam etdirir

Bakı. TurkicWorld:

TUSAŞ tərəfindən istehsal edilən Türkiyənin ilk reaktiv mühərrikli təyyarəsi HÜRJET-in sınaq uçuşları davam edir.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

"Təyyarənin 7,2 G gücünə çatdığı bildirilib. HÜRJET ilə indiyədək 50-dən çox uçuş həyata keçirilib və uçuş müddəti 40 saatı keçib", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, 2023-cü il 6 sentyabr tarixində Hürjet hərbi təyyarəsi, Hərbi hava qüvvələri komandanlığına bağlı olan akrobatika komandası "Türk Ulduzları" ilə qol uçuşu edib. Hürjet bu uçuşda 37 dəqiqə havada qalıb. Uçuşdan sonra Hürjet müvəffəqiyyətlə təkərləri uçuş-enmə zolağına yerləşdirib.

Xatırladaq ki, Hürjet hərbi təyyarəsi T-38 və F-5 təyyarələrinin yerinə Türk Hava Qüvvətləri inventarına daxil edilib. Hərbi təyyarənin silahlı variantı da mövcuddur və geniş missiyaları ilə döyüş meydanında mühüm rol oynayır.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər