"Qardaş Köməyi" platforması Ramazan kompaniyasına start verib

"Qardaş Köməyi" platforması Ramazan kompaniyasına start verib

Bakı, TurkicWorld:

"Qardaş Köməyi" platforması "Bu Ramazan qardaş süfrəsində sənin də payın olsun!" kompaniyasına start verib.

Bu haqda TurkicWorld-a “Qardaş Köməyi” platformasından məlumat verilib.

Kompaniya vasitəsilə toplanacaq vəsaitlə platforma tərəfindən Azərbaycanda ərzaq bağlamaları hazırlanıb Türkiyədə zəlzələdən əziyyət çəkən əhaliyə göndəriləcəkdir.

Qeyd edək ki, yardımlarınızı rahatlıqla E-manat ödəmə terminalları və ya verilən linkə daxil olaraq olduğunuz yerdən həyata keçirə bilərsiniz:

http://bit.ly/3zSU7MA