...

Ermənilərə məxsus maşın Laçın yolundan keçib

Cəmiyyət Digər xəbərlər 25 Mart 2023 12:19
Şuşa TurkicWorld Aytac Aliyeva
Ermənilərə məxsus maşın Laçın yolundan keçib

Şuşa. TurkicWorld:

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin müşayətilə Qarabağda yaşayan ermənilərə məxsus avtomobilin maneəsiz keçidinə şərait yaradılıb.

TurkicWorld-un Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndi istiqamətindən gələn yük avtomobili Laçın istiqamətinə gedib.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 104 gündür davam edir.

Məqalədə:
Xəbərlər

Xəbər lenti