Son dəqiqə

Türkiyə zəlzələ Qardaş Köməyi platforması

Qardaş Köməyi Platformasının nümayəndə heyəti Türkiyədə zəlzələ bölgəsinə növbəti dəfə səfər etməyi planlaşdırır

Bakı, TurkicWorld

Qardaş Köməyi Platformasının nümayəndə heyəti 22-25 Mart tarixlərində Türkiyədə zəlzələ bölgəsinə növbəti dəfə səfər etməyi planlaşdırır, bu haqda TurkicWorld-a paltformadan daxil olan məlumatda deyilir.

Məlumatda qeyd olunur ki , Türkiyədəki zəlzələdən sonra təsis edilən Qardaş köməyi platforması bundan sonra da qardaş ölkədə ehtiyacı olan insanlara köməklik göstərəcək.

“ Qardaş köməyi palforması nümayəndə heyəti Türkiyəyə səfəri zamanı, zəlzələ bölgəsinə yerni yardımların aparılması da nəzərdə tutulur”-deyə platformadan bildiriblər.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.Türkiyə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 48 min 448 nəfərə çatıb.

Mövzuya görə xəbərlər