Son dəqiqə

Azərbaycan Bakı Tbilisi ADY

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq

BAKI,TurkicWorld

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqonlar qoşulacaq.

TurkicWorld bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Bildirilib ki, yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək.

Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə etmək mümükündür.

Mövzuya görə xəbərlər