Son dəqiqə

Emin Əmrullayev

Məktəblərdə tərbiyə məsələlərinin ön plana çəkilməsi olduqca vacibdir - Emin Əmrullayev

BAKI.TurkicWorld

Məktəblərdə tərbiyə məsələlərinin ön plana çəkilməsi olduqca vacibdir.

TurkicWorld xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev bu gün Bakıda "Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, təhsilin mərkəzində uşaq dayanmalıdır:

"Təhsilin əsas iştirakçısı uşaqlardır. İctimai şəxslər və dövlət məmurları uşaqların təhsilini və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün əllərindən gələni etməlidirlər. Şəxsi maraqlarını uşaqların ehtiyaclarının önünə keçirməməli, əksinə, bütün təşəbbüslərini uşaqların inkişafı ətrafında formalaşdırmalıdırlar. Qarşılıqlı əməkdaşlığa əsaslanan iş modelinin qurulması son dərəcə vacibdir. Bu işin mahiyyəti uşağı prosesin mərkəzinə qoymaq və bütün müzakirələri onun ətrafında aparmaqdan ibarətdir. Təəssüf ki, bəzən müzakirələr uşaqlar üçün deyil, sadəcə uşaqlar ətrafında aparılır. Halbuki əsas məqsəd uşağın real ehtiyaclarını anlamaq və ona uyğun həll yolları tapmaq olmalıdır. Uşaq tərbiyəsi isə xüsusi həssaslıq tələb edən mühüm bir sahədir. Tərbiyə məsələləri mürəkkəbdir və tərbiyəliliyi ölçmək hər zaman asan olmur. Buna baxmayaraq, məktəblərdə tərbiyə məsələlərinin ön plana çəkilməsi olduqca vacibdir.
Dəyərlərə əsaslanan təhsil sisteminin formalaşdırılması cəmiyyət üçün daha sağlam, məsuliyyətli və düşüncəli fərdlərin yetişməsinə zəmin yarada bilər".

Mövzuya görə xəbərlər