Son dəqiqə

Bakıda duman səbəbindən sürət həddi endirildi Zığ–Hava Limanı yolunda sürücülərə xəbərdarlıq Dumanlı hava: bəzi zolaqlarda sürət 20 km/saat Bakıda yollarda təhlükəsizlik tədbirləri gücləndirildi DİN dumanlı hava ilə bağlı xəbərdarlıq etdi

Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirildi

BAKI, TurkicWorld

Bakıda müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi–Hava Limanı avtomobil yolunun bəzi zolaqlarında sürət həddi müvəqqəti olaraq 20 km/saat müəyyən edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mövcud hava şəraiti nəzərə alınaraq məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edilib.

Eyni zamanda yolboyu bütün elektron tablolarda “dumanlı hava” xəbərdarlıq siqnalı aktivləşdirilib.

DİN sürücülərə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə müəyyən olunmuş sürət həddinə ciddi şəkildə əməl etməyi, məsafəni qorumağı və diqqətli olmağı tövsiyə edir.