Son dəqiqə

Daxili İşlər Nazirliyi Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi

Yasamalda buzlaşma nəqliyyatda çətinlik yaradıb, qəza baş verib

BAKI, TurkicWorld

Yasamal rayonunda Kənar dairəvi yolun hər iki istiqamətində buzlaşma səbəbindən nəqliyyatın hərəkətində çətinlik yaranıb.

TurkicWorld xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, mövcud şərait yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Mövzuya görə xəbərlər