Son dəqiqə

Bakı Təşəbbüs Qrupu

Hindistanda müsəlmanlar və xristianlar əziyyət çəkir - Rameş Sinq Arora

BAKI, TurkicWorld

Pəncab hökumətinin İnsan Haqları və Azlıqlar məsələləri naziri Rameş Sinq Arora Hindistan hökumətinin etnik azlıqlara qarşı apardığı repressiv siyasəti kəskin tənqid edib.

TurkicWorld xəbər verir ki, bu fikirləri nazir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə paytaxtımızda keçirilən “Hindistanda siqhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar” adlı beynəlxalq konfransda səsləndirib. Jurnalistlərə açıqlama verən Rameş Sinq Arora Hindistanda həm müsəlmanların, həm də xristianların ciddi təzyiqlərlə üzləşdiyini bildirib. Nazirin sözlərinə görə, istər Kəşmir, istərsə də Qucarat müsəlmanları bu gün ağır əziyyətlər çəkir.

Nazir xristian icmasının da oxşar vəziyyətdə olduğunu vurğulayaraq son Milad bayramı ərəfəsində Hindistanda 700-dən çox xoşagəlməz hadisənin qeydə alındığını diqqətə çatdırıb. Həmin hadisələr zamanı xristianlara öz dini ayinlərini icra etməyə imkan verilməyib.

Rameş Sinq Arora beynəlxalq ictimaiyyətin diqqətini bu problemlərə cəlb etdiyi üçün Bakı Təşəbbüs Qrupuna, Azərbaycan xalqına və yerli media nümayəndələrinə xüsusi təşəkkürünü bildirib. O, Azərbaycan mediasının bu məsələyə göstərdiyi geniş marağın insan haqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb..

Mövzuya görə xəbərlər