Son dəqiqə

Azərbaycan Ağdam Laçın Kəlbəcər Zəngilan Şuşa Dövlət Sərhəd Xidməti Füzuli Tərtər Xocavənd Fövqəladə Hallar Nazirliyi Cəbrayıl rayonu Qubadlı Xankəndi Ağdərə Müdafiə Nazirliyi Xocalı FHN mina mina terroru Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA)

2025-ci ildə Azad edilmiş ərazilərdə 59 mindən çox mina və PHS zərərsizləşdirilib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Azad olunan ərazilərdə 2025-ci il ərzində 1861 tank əleyhinə mina, 4 min 963 piyada əleyhinə mina, 52 min 392 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, 69 205,7 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Mövzuya görə xəbərlər