Son dəqiqə

Azərbaycan ABŞ USACC Amerika-Azərbaycan Ticarət Palatası (United States-Azerbaijan Chamber of Commerce USACC)

USACC ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək

BAKI,TurkicWorld

Amerika–Azərbaycan Ticarət Palatası (USACC) Palatanın 30 illiyi münasibətilə ABŞ–Azərbaycan ticarət və biznes konfransı keçirəcək.

TurkicWorld bu barədə USACC-yə istinadən xəbər verir.

Martın 10-da baş tutacaq konfrans ABŞ və Azərbaycanın dövlət qurumlarının yüksək vəzifəli nümayəndələrini, biznes dairələrini, investorları və maliyyə sektorunun təmsilçilərini bir araya gətirəcək. Konfrans iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinin müzakirəsinə həsr olunacaq.

USACC bu tədbiri əldə olunmuş nailiyyətlərin, mövcud tendensiyaların təhlili və ABŞ ilə Azərbaycan arasında ikitərəfli ticarətin, investisiyaların və innovativ əməkdaşlığın gücləndirilməsinə yönəlmiş gündəliyin formalaşdırılması üçün bir fürsət kimi qiymətləndirir.

USACC təsis edildiyi vaxtdan (1995-ci ildən) ABŞ və Azərbaycan arasında ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün aparıcı platforma rolunu oynayır. Palata son 30 il ərzində dövlət və özəl sektorlar arasında dialoqun qurulmasında, ticarətin təşviqində, biznesin şaxələndirilməsində və iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayıb.

Mövzuya görə xəbərlər