Son dəqiqə

Azərbaycan Bakı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Ramin Məmmədov

Azərbaycan əsrlər boyu müxtəlif dini icma nümayəndələrinin birgə yaşadığı nadir ölkələrdən biridir - Ramin Məmmədov

BAKI,TurkicWorld

Bu gün şahidi olduğumuz hadisə Azərbaycan xalqının əsrlər boyu formalaşdırdığı milli adət-ənənələrinə uyğun olaraq, hətta milli kimliyindən qaynaqlanan bir hadisə kimi dəyərləndirilməlidir.

TurkicWorld xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışında deyib.

Onun sözlərinə görə, Azərbaycan əsrlər boyu müxtəlif xalqların, müxtəlif dini icma nümayəndələrinin birgə yaşadığı nadir ölkələrdən biridir:

"Bu mərkəzin açılışı bir daha onu göstərir ki, Azərbaycan əsrlər boyu formalaşdırdığı adət-ənənələri bu gün Prezident İlham Əliyevin qürurverici siyasəti nəticəsində qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür".

Mövzuya görə xəbərlər