Bakı. TurkicWorld:
"Kəpəz" futbol klubu 6 500 manat cərimə edilib.
TurkicWorld xəbər verir ki, bununla bağlı AFFA İntizam Komitəsinin qərar qəbul edib.
Qərara əsasən, 20 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXV turun "Kəpəz" – "Qarabağ" oyunundan əvvəl, matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə "Kəpəz" komandası 6500 manat cərimə edilib.






